Qəzza təklifinin detalları paylaşıldı

Baş səhifə

Qəzzada razılıq əldə edilmək üzrədir.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edək ki, xarici KİV-lərdə sənədin detalları paylaşılıb. Sızan məlumata görə, HƏMAS və İsrail atəşkəsi qəbul etdikdən sonra hücumlar dayandırılacaq və Qəzzada cəsədlər, bütün İsrailli məhbuslar geri qaytarılacaq. Qəzza müvəqqəti administrasiya tərəfindən idarə olunacaq. Məlumata görə, təhlükəsizlik sülhməramlı qüvvələr tərəfindən təmin ediləcək və İsrail ordusu təhlükəsizliyin qurulduğu bölgələrdən tamamilə geri çəkiləcək. Müvəqqəti administrasiya lazımi islahatlar başa çatdıqdan sonra Qəzzanı Ramallah administrasiyasına təhvil verəcək. Trampın planına görə, HƏMAS silahlarını yerə qoyacaq və İsrail bölgədə qalmaq istəyən HƏMAS rəsmilərinə müdaxilə etməyəcək. Ayrılmaq istəyən məmurların getməsinə icazə veriləcək. Atəşkəs təklifinə görə heç bir sakin Qəzzanı tərk etməyə məcbur edilməyəcək və gedən hər kəsin geri qayıtmaq hüququ olacaq. ABŞ-nin təklifinə görə, İsrail irimiqyaslı hücumdan sonra saxladığı 1700 qəzzalı sakini azad edəcək və əsirlikdə ölən hər israilli üçün 15 qəzzalının cəsədini qaytaracaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir