Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!”

Baş səhifə

“Biz heç kimə Gürcüstanda hər hansı inqilabi planı həyata keçirməyə imkan verməyəcəyik. Necə ki, son 13 ildə uğursuz inqilab cəhdləri olub, bu il də belə olacaq”.

Modern.az xəbər verir ki bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

Hökumət başçısı qeyd edib ki, xarici kəşfiyyat orqanları sınanmış üsullarla işləyirlər.

“Bu işin məqsədi Gürcüstanda inqilabi prosesləri stimullaşdırmaqdır. Təbii ki, biz heç kimə Gürcüstanda hər hansı inqilabi planı uğurla həyata keçirməyə imkan verməyəcəyik” – deyə, Baş nazir bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir