Azərbaycan və Ermənistan arasında sənədin imzalanması Cənubi Qafqaz üçün yeni səhifənin başlanğıcı oldu – Emi Karlon

Baş səhifə

Bakı. Trend:

Avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında sazişin
imzalanması Cənubi Qafqaz üçün yeni fəslin başlanğıcı oldu və
Birləşmiş Ştatlar güclü və davamlı sülhün qurulmasında hər iki
ölkəni dəstəkləməyə sadiq qalır.

Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi
Karlon Amerika universitetlərinin məzunları üçün illik qala tədbiri
çərçivəsində çıxışı zamanı bildirib.

“Bu axşam biz təhsil, iqtisadiyyat, innovasiya, idman, incəsənət
və bir çox digər sahələrdə Azərbaycanın inkişafına mühüm töhfələr
verən görkəmli məzunları təbrik edirik”, – deyə o qeyd edib.

O vurğulayıb ki, yekunda sülh və davamlı inkişaf təkcə
hökumətlərimiz arasında əməkdaşlıqdan asılı olmayacaq.

“Bütün bunlar insanlar – amerikalılar və azərbaycanlılar
arasında daha da möhkəm ələqələr üzərində qurulacaq. Biz hər
birinizə ümid edirik ki, bunu mümkün etmək və Cənubi Qafqazın
ticarət, tranzit və enerji baxımından böyük potensialını açmaq üçün
birlikdə çalışacaqsınız”, – deyə diplomat əlavə edib.