
İran Rusiyadan MiQ-29 qırıcıları alıb.
Metbuat.az xəbər verir ki, təyyarələr İrana təhvil verilib. Bildirilir ki, İran öz hərbi hava qüvvələrini gücləndirmək MiQ-29 təyyarələrini müvəqqəti plan çərçivəsində alıb. Məlumata görə, Tehran Rusiya istehsalı olan daha təkmil “Sukhoi” Su-35 təyyarələrini almaq üzrədir. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əbülfəzl Zöhrəvəndin sözlərinə görə, ölkə hava qüvvələrini Su-35-lərlə gücləndirmək istəyir. O, MiQ-29-ların çatdırılmasının müvəqqəti tədbir olduğunu bildirib. Bildirilir ki, Rusiyanın MiQ-29 qırıcıları Şirazda yerləşdirilib. Zöhrəvənd həmçinin qeyd edib ki, Çinin HQ-9 hava hücumundan müdafiə sistemi və Rusiyanın S-400 sistemləri də İrana tədarük edilib.
Qeyd edək ki, bu tədarüklərlə bağlı Moskva və Pekindən açıqlama verilıməyib.