ABŞ İsraillə Yaxın Şərq nizamlanması məsələsini müzakirə edir – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası İsraillə təkcə Qəzza zolağında deyil, bütün
Yaxın Şərqdə nizamlanmanı müzakirə edir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti bildirib.




“Bu gün dünya üçün tarixi bir gündür və mən [İsrailin] Baş
naziri Benyamin Netanyahu ilə bir çox vacib məsələləri, o cümlədən
ticarət, İran, Avraam razılaşmalarının genişləndirilməsini müzakirə
etdiyimiz mühüm görüşü başa vurduq. Ən əsası isə Qəzzada müharibəni
necə bitirəcəyimizi müzakirə etdik. Amma bu, daha böyük mənzərənin,
daha dəqiq desək Yaxın Şərqdə sülhün yalnız bir hissəsidir və gəlin
bunu Yaxın Şərqdə daimi sülh adlandıraq”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir