44 günlük Vətən müharibəsinin xronikası: 30 sentyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən müharibəsinin sentyabrın 30-na olan xronikasını
təqdim edir.

– Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
yaralı hərbçilərlə görüşüblər;

– Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident
İlham Əliyevə telefonla zəng edib;

– Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv
edilib;

– Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib: 1 S-300
sıradan çıxarılıb;

– Ermənistanın Tərtərə atəşi nəticəsində 7 mülki şəxs yaralanıb;

– Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya
zərbələri endirib;

– Müdafiə Nazirliyi düşmən qruplaşmasının mühasirəyə alındığını
açıqlayıb;

– Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə
mövqelərini tərk edərək qaçıb;

– Səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının
videogörüntüləri yayılıb;

– Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq
atəşlə məhv edilib;

– Tonaşendə düşmənin iki tankı məhv edilib;

– Baş Prokurorluq erməni təxribatı nəticəsində 14 mülki şəxsin
öldüyünü, 46 nəfərin xəsarət aldığını açıqlayıb;

– Azərbaycan Ordusu düşmənin Füzuli istiqamətində yerləşən 4-cü
taborunu ağır artilleriya atəşinə məruz qoyub;

– Ermənistanın Ağdərədə yerləşən qərargahına zərbə endirilib,
düşmən xeyli itki verib;

– Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib;

– Düşmənin daha səkkiz döyüş texnikası məhv edilib;

– Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub;

– Baş Prokurorluq ermənilərin Horadizə top mərmisi atdığını, 1
mülki şəxsin həlak olduğunu, 3 nəfərin isə yaralandığını açıqlayıb;

– Düşmənin axşam saatlarına qədər döyüş texnikasının məhv
edilməsinin görüntüləri yayılıb;

– Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib;

– Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv
edilib;

– Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində
Ağdamda 97 ev və obyekt dağıldı;

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir