
Bakı. Trend:
ABŞ administrasiyası Qəzza zolağında “iştirakçı ölkələr” üçün
güzəştli tariflərlə xüsusi iqtisadi zona yaratmağı təklif edir.
Trend-in
məlumatına görə, bu barədə Ağ Evin açıqladığı Fələstin anklavında
münaqişənin həlli planında qeyd olunub.
“İştirakçı ölkələrlə razılaşdırılacaq güzəştli tariflər və giriş
şərtləri ilə xüsusi iqtisadi zona yaradılacaq”, – deyə sənəddə
bildirilib.
Ağ Evin dərc etdiyi sənədə görə, Qəzzanın yenidən qurulması üçün
hələlik heç bir iqtisadi plan yoxdur, lakin bu plan bundan əvvəl
Yaxın Şərqdəki problemlərlə məşğul olan “mütəxəssislər qrupu”
tərəfindən hazırlanmalı olacaq.

