Qırğızıstan prezidenti növbədənkənar parlament seçkilərinin vaxtını təyin edib

Baş səhifə

Qırğızıstan prezidenti Sadır Japarov növbədənkənar parlament seçkilərinin tarixini 2025-ci il noyabrın 30-na təyin edib.

APA xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.

“Prezident Sadır Japarov parlamentin deputatları üçün növbədənkənar seçkilərin tarixini 2025-ci il noyabrın 30-na təyin edib”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən cümə axşamı Qırğızıstan parlamentinin üzvləri yekdilliklə məclisin buraxılmasına səs veriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir