ADB Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Baş səhifə

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda iqtisadi artımı 2025-ci ildə 2,4 %, 2026-cı ildə isə 2 % səviyyəsində proqnozlaşdırıb.

APA-Economics” bu barədə ADB-yə istinadən xəbər verir.

Məlumata görə,bu, Bankın aprel proqnozu ilə müqayisədə 2025-ci il üzrə 1 faiz bəndi, 2026-cı il üçün proqnoz isə 1,3 faiz bəndi azalıb.

“Karbohidrogen hasilatının azalması Azərbaycanın iqtisadi artımını 2025-ci ilin birinci yarısında ləngidib. 2024-cü ilin eyni dövründə iqtisadiyyat 4,3 % genişlənsə də, 2025-ci ildə artım tempi 1,5 %-ə düşüb. Əsas səbəb karbohidrogen sektorunun 3,1 % azalması olub, baxmayaraq ki, qeyri-neft iqtisadiyyatı 3,9 % artıb. Neft hasilatı 5,3 %, qaz isə 0,4 % azalaraq sənaye istehsalının illik müqayisədə bu ilin 6 ayında 0,5 % azalmasına səbəb olub. Bu arada, infrastrukturun bərpası layihələrinə dövlət investisiyalarının artması hesabına tikinti sektoru 8,5 % artıb. Xidmət sektorunda artım nəqliyyat və rabitənin yavaş inkişafı ilə əlaqədar demək olar, iki dəfə azalıb: 2024-cü ilin birinci yarısında 6,1 %-dən 2025-ci ildə 3,1 %-ə qədər. Eyni zamanda, kənd təsərrüfatı sürətlənib – artım bir il əvvəl 0,2 %-ə qarşı 1,4 % olub, bu da kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə şərtlənib”, – ADB proqnozunda əlavə edib.

ADB hesab edir ki, mülayim iqtisadi artım 2026-cı ilin sonuna kimi davam edəcək.