
Bakı. Trend:
İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampın Qəzza zolağında
atəşkəs və Fələstin-İsrail münaqişəsinə son qoyulması planının
hazırlanmasında iştirak edib və sənədin yekun mətninə bir sıra
düzəlişlər edib.
Trend-in
məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər
verib.
Məlumata əsasən, ən diqqətçəkən düzəliş dövlətçilik məsələsidir.
Planın mətnində müstəqil Fələstin dövlətinin yaradılmasının
mümkünlüyü qeyd edilir, lakin burada iki dövlətli həll yoluna heç
bir söz qeyd olunmayıb.
Qeyd olunub ki, Fələstin-İsrail münaqişəsinin iki dövlət
əsasında həllinin aydın perspektivi olmasa, Səudiyyə Ərəbistanının
Amerika liderinin planını maliyyələşdirməsi ehtimalı kifayət qədər
aşağıdır.

