Qazaxın azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin
aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir. İcra
edilən əməliyyatlar zamanı 204.9 ha ərazi təmizlənib, 1,054 ədəd
piyada əleyhinə mina, 98 ədəd tank əleyhinə mina və 48 ədəd
partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-in sorğusuna əsasən Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilibli ki, qeyd edilmiş ərazilərdə həm relief çətinliyi,
həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur.




“Təmizləmə əməliyyaları zamanı daha çox piyada əleyhinə minalara
rast gəlinir”,-əlavə olunub.

Qeyd edək ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın
2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında qaytarılıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti
müəyyən edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir