Bakının bəzi ərazilərində qaz kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Bakının Buzovna qəsəbəsinin qaz təchizatında fasilə
yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB-dən bildirilib.




Qeyd edilib ki, “Yuxarı Buzovna” qaz xəttinin kipliyə sınaqdan
keçirilməsi işləri ilə əlaqədar, 30.09.2025-ci il tarixdə saat
10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində
qaz təchizatı dayandırılacaq.

“Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Buzovna
qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa
Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq”,- əlavə
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir