
Bakı. Trend:
2-ci Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü start
götürüb.
Trend xəbər verir
ki, tədbirdə COP29-un Prezidenti, Azərbaycan Respublikası
Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar
Babayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycan
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini
Rəna Hümbətova və digər rəsmi şəxslər çıxış edəcəklər.
Tədbirdə Azərbaycanın günəş energetikasında, dəniz (offşor)
külək energetikasında, “mavi” və “yaşıl” hidrogen istehsalında,
həmçinin geotermal enerjidə potensialının araşdırılması, iqlim
dəyişikliyinə qarşı dayanıqlılığın beynəlxalq əməkdaşlıq vasitəsilə
artırılması, vədlərdən fəaliyyətə: korporativ dayanıqlılıq
vasitəsilə COP29 irsinin təşviqi mövzuları müzakirə olunacaq.
Xəbər yenilənir