
Bakı. Trend:
Yeni iqlim planımız – yəni milli müəyyən edilmiş töhfə (NDC)
vasitəsilə gələcəyin enerji sistemini necə quracağımızın yol
xəritəsini hazırlayırıq.
Trend xəbər
verir ki, bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin
iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim
Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu sistem daha təmiz, daha ağıllı və daha
dayanıqlı olacaq: “O, bizim neft-qazdan kənar diversifikasiyamızı
necə həyata keçirəcəyimizi, bərpa olunan enerjini necə
artıracağımızı və enerji səmərəliliyi ilə innovasiyaları
iqtisadiyyatımıza necə inteqrasiya edəcəyimizi göstərir”.