Avropaya təmiz enerji çatdıra bilərik – Muxtar Babayev

Baş səhifə

Bakı. Trend:

Birlikdə çalışmaqla biz həm öz ehtiyaclarımızı ödəyə, həm də
Avropaya təmiz enerji çatdıra bilərik.

Trend xəbər
verir ki, bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin
iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim
Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

“Regionumuzda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında
tərəfdaşlıq başladaraq zəngin külək və günəş potensialımızı açdıq.
Birlikdə çalışmaqla biz həm öz ehtiyaclarımızı ödəyə, həm də
Avropaya təmiz enerji çatdıra bilərik. Bu, iqlimə fayda verəcək,
enerji təhlükəsizliyini artıracaq və bizə ixrac imkanları
yaradacaq”, – M. Babayev qeyd edib.

M. Babayev xatırladıb ki, Azərbaycan keçidin növbəti
mərhələlərinin prinsiplərinə dair qlobal razılaşma əldə edib:




“Etibarlı, əlçatan və təmiz enerji sistemlərinin qurulması kimi
vacib prioritetlərə beynəlxalq diqqəti yönəltdik. Qlobal enerji
saxlama və şəbəkələr üzrə öhdəliyi qəbul etmişik. Bu öhdəlik
2030-cu ilə qədər qlobal saxlama gücünü altı dəfə artıraraq 1,5 min
qiqavata çatdırmağı, 2040-cı ilə qədər isə 80 milyon kilometrdən
çox yeni şəbəkə qurmağı hədəfləyir”.

“Biz həmçinin yaşıl enerji zonaları və dəhlizləri üzrə öhdəlik
qəbul etdik ki, bu da qitələrarası bərpa olunan enerji mərkəzlərinə
və ötürücü xətlərə investisiyaları səfərbər edəcək. Bundan başqa,
təmiz hidrogen və törəmələri üzrə yüksək etibarlı bazarın təməlini
qoyan Hidrogen Bəyannaməsini qəbul etdik. Bu öhdəlik və
bəyannamələrə 60-dan çox ölkə qoşuldu. Biz həm dövlət, həm də özəl
sektorlarla əməkdaşlıq quraraq məqsədləri əməli addımlara
çevirdik”, – M. Babayev vurğulayıb.

“Bu sənədlər Paris Sazişi çərçivəsində beynəlxalq öhdəlikdir.
Onlar qlobal iqlim dəyişikliyinə qarşı mübarizənin təməl
daşlarıdır. Eyni zamanda, bu sənədlər milli prioritetdir, çünki
yaşıl investisiyalara “yaşıl işıq” yandırır. Onlar vaxt
cədvəllərini və hədəfləri müəyyənləşdirir, milli prioritet sahələri
göstərir və hökumətin əməli fəaliyyətə sadiqliyini nümayiş
etdirir”, – deyə. M. Babayev qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir