AİB Azərbaycanın 2025-2026-cı illər üçün ÜDM artımı ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) sentyabr ayı üzrə iqtisadi proqnozunda
Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımı ilə bağlı
göstəricilərini yenidən nəzərdən keçirib.

Bu barədə Trend
xəbər verir.

Son göstəricilərə əsasən, 2025-ci ildə Azərbaycanın
iqtisadiyyatı apreldə proqnozlaşdırılan 3,4 faizlə müqayisədə 2,4
faiz artacaq.




2026-cı il üçün isə AİB artımı 3,3 faiz əvəzinə 2 faiz
səviyyəsində gözləyir.

Bu arada, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2026-cı
ildə ölkənin ÜDM-i 134,1 milyard manat (78,88 milyard dollar)
təşkil edəcək ki, bunun da 101,7 milyard manatı (59,82 milyard
dollar) qeyri-neft-qaz sektorunun payına düşəcək. Gələn il üçün
iqtisadi artım 3,2 faiz səviyyəsində proqnozlaşdırılır, o cümlədən
qeyri-neft-qaz sektorunda 8,8 faiz artım nəzərdə tutulur.

Yenilənmiş proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanın ÜDM-i
129,9 milyard manat (76,41 milyard dollar) olacaq ki, bunun da 93,5
milyard manatı (54,99 milyard dollar) qeyri-neft-qaz sektorunun
payına düşəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir