
Bakı. Trend:
Bakıda “PASHA Holding”in təşkilatçılığı ilə innovasiyalar,
investisiyalar və əməkdaşlığa həsr olunmuş “INMerge Innovation
Summit”in ikinci günü öz işinə başlayıb.
Bu barədə Trend
məlumat verir.
Sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına
töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara
əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin
bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün
platforma qurmaqdır
INMerge dövlət qurumlarının, korporasiyaların, investorların,
startapların və ekosistem iştirakçılarının Azərbaycandan,
Türkiyədən, Gürcüstandan, Qazaxıstandan və Özbəkistandan
nümayəndələrini bir araya gətirir. Bu il sammit 5 000-dən çox
iştirakçı, 150 spiker, 100 startap və 80-dən artıq vençur fondu cəm
edərək əməkdaşlıq və inkişaf üçün geniş imkanlar yaradıb.
Proqram səkkiz əsas istiqaməti əhatə edib — fintex və
məsuliyyətli bankçılıqdan tutmuş “Data & AI”, Sənaye 4.0,
telekommunikasiya, marketinq, e-ticarət və investisiyalara qədər.
Birinci gündə “Pixar”ın həmtəsisçisi Ed Ketmull, “OpenAI”
şirkətində Go-to-Market istiqamətinin keçmiş rəhbəri Zak Kass və
Harvard Biznes Məktəbinin professoru Tarun Xanna kimi dünya
liderləri çıxış ediblər.
Açılış mərasimində isə Azərbaycan iqtisadiyyat naziri Mikayıl
Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev,
“PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və PASHA
Holding-in innovasiyalar departamentinin rəhbəri Tuğra Musayeva
çıxış ediblər.
Xəbər yenilənir