Yaxın iki il ərzində Azərbaycanın enerji sisteminə 10 yeni elektrik stansiyası inteqrasiya olunacaq – Nazir

Baş səhifə

Bakı. Trend:

Yaxın iki il ərzində Azərbaycanın enerji sisteminə 10 yeni
elektrik stansiyası inteqrasiya olunacaq.

Trend xəbər verir
ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı İqlim
Fəaliyyəti Həftəsində çıxışında bildirib.

“Azərbaycan “yaşıl enerji” sahəsində nümunə olmağa davam edir.
Ölkə 2030-cu ilə qədər ümumi gücü 2,7 GVt olan külək və elektrik
stansiyaları tikməyi planlaşdırır ki, bu da ölkədə qurulmuş bərpa
olunan enerji mənbələri güclərinin 4GVt-a qədər – 3 dəfə
artırılmasına və 3,2 milyon ton həcmində istixana qazlarının
emissiyasının qarşısını almağa imkan verəcək”, – deyə nazir
bildirib.




Onun sözlərinə görə, yaxın iki ildə enerji sisteminə 10 yeni
elektrik stansiyası, həmçinin 2 GVt bərpa olunan enerjinin idarə
olunması üçün gücü 250 MVt və saxlanma həcmi 500 MVt/saat olan
batareya sistemləri inteqrasiya ediləcək. Artıq noyabrda gücü 240
MVt olan “Xızı-Abşeron” külək elektrik stansiyasının istismara
verilməsi gözlənilir.

2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda su, günəş və külək
elektrik stansiyalarının, eləcə də dam panellərinin hesabına 1,6
GVt quraşdırılmış gücə nail olunması planlaşdırılır. Bu region
istehlakdan iki dəfə çox “yaşıl elektrik enerjisi” istehsal edəcək
ki, bu da 2 milyon tondan çox həcmdə emissiyanın azalmasına imkan
verəcək.

Bundan əlavə, nazir bildirib ki, “Yaşıl enerji zonası” modeli
5–7 GVt bərpa olunan enerji potensialına malik Naxçıvanda da həyata
keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir