Özbəkistan və Azərbaycan biznes və investisiyalar üçün yeni imkanlar açır – XİN (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Özbəkistan və Azərbaycan arasındakı münasibətlər bu gün sürətlə
inkişaf edir və əməkdaşlığın bütün istiqamətlərini ehtiva edir.

Bunu Trend
Özbəkistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror
Burxanov “Rəqəmsal transformasiya və media” mövzulu Özbəkistan
media forumu çərçivəsində verdiyi müsahibədə bildirib.

“Özbəkistan Azərbaycanla müttəfiqlik əlaqələri qurub. Bizdə
dövlət rəhbərləri, nazirliklər və digər qurumlar arasında müntəzəm
və davamlı yüksək səviyyəli əlaqələr mövcuddur. İkitərəfli
tədbirlərdən ibarət qrafikimiz olduqca zəngindir”,- deyə o
bildirib.

Burxanovun sözlərinə görə, son 5-6 ildə ticarət dövriyyəsində
davamlı artım müşahidə olunur və ticarət-iqtisadi, həmçinin
mədəni-humanitar əməkdaşlığın daha da inkişafı üçün aktiv addımlar
atılır. Həmçinin bölgələrarası dialoq inkişaf edir ki, bu da
münasibətlərin dinamikasına müsbət təsir göstərir.

“Biz irəliləyişi təkcə respublika və hökumət səviyyəsində deyil,
həm də regional idarəetmə strukturlarının fəaliyyətində görürük.
Hər iki ölkədə ticarət evləri açılır, qarşılıqlı investisiyalar
təşviq olunur, aparıcı şirkətlərin bir-birinin bazarlarına çıxışı
üçün şərait yaradılır”,- deyə o vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir