
Bakı. Trend:
II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində“Rəqəmsal
dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində
birgə təşəbbüslər” mövzusunda panel sessiya keçirilir.
Trend xəbər verir ki, panel müzakirəsi Trend İnformasiya
Agentliyinin Baş redaktoru Emin Əliyevin moderatorluğu ilə baş
tutur.
Sessiyada Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin
direktoru Rasim Bağırov, Özbəkistan Jurnalistlər İttifaqının sədri
vəzifəsini icra edən Xolmurod Salimov, Azərbaycan Respublikası
Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov və Özbəkistanın
Milli Media Assosiasiyasının Baş direktoru Abduaziz Abutolipov
spiker qismində çıxış edəcəklər.
Xəbər yenilənəcək