“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

Baş səhifə

AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC “INMerge
İnnovasiya Sammiti 2025”də iştirak edir.

Bakı Konqres Mərkəzində keçirilən və iki gündür davam edən
sammitdə “AzInTelecom” nümayəndə heyəti yerli və xarici şirkətlərin
nümayəndələri ilə görüşlər keçirir, potensial tərəfdaşlıqlar
müzakirə edilir.

Bundan başqa, sammitin sərgi ərazisində “AzInTelecom”un
interaktiv stendi fəaliyyət göstərir. Stenddə iştirakçılara
“AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat
verilir, ziyarətçilər stenddə təşkil olunmuş rəqəmsal çarx oyununda
iştirak edərək müxtəlif hədiyyələr qazanırlar.

Qeyd edək ki, hər il təşkil olunan “INMerge” Sammiti” regionun
ən böyük innovasiya tədbiri hesab olunur. Tədbirin məqsədi
Azərbaycanın və regionun aparıcı texnologiya təşkilatlarını və
dövlət qurumlarını korporativ innovasiyalar ətrafında
birləşdirməkdir. Builki sammitdə “Netflix”, “OpenAI”, “NVIDIA” kimi
nəhəng şirkətlərin rəhbər və nümayəndələri iştirak edir. Tədbirdə
30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ
lider və siyasətçi bir araya gəlib.




“AzInTelecom” haqqında

AZCON Holdinqin tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC
rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı
və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin
xidmətləri arasında güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil
rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə
edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və
kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər
vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya
sahəsində ən müasir texnologiyaları təqdim etməklə, iş dünyasında
innovasiyalara liderlik edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir