Nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir – Siyavuş Novruzov

Baş səhifə

Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir.

“Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”, – deyə komitə sədri qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir