
Bakı. Trend:
Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik
işləri planı təsdiqlənib.
Trend-in
məlumatına görə, bununla bağlı məsələ parlamentin bugünkü plenar
iclasında müzakirə edilib.
İş planına “Dövlət xidmətləri haqqında”, “Azərbaycan
Respublikasının daxili qoşunları haqqında”, “Nəqliyyat-ekspedisiya
fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanun
layihələrinin hazırlanması da daxil edilib.
Sənəddə həmçinin Dövlət Qulluğu Məcəlləsinin layihəsinin
hazırlanması da öz əksini tapıb.