
Bakı. Trend:
II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində“Rəqəmsal
informasiya mühitində etik məsuliyyət” mövzusunda panel müzakirə
keçirilir.
Trend xəbər verir
ki, panel Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya
Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Dr. Nozima
Muratovanın moderatorluğu ilə baş tutur.
Panel müzakirədə AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc
Abdullayeva, Özbəkistanın Milli Kütləvi İnformasiya Vasitələrinin
Dəstəklənməsi və İnkişafı üzrə İctimai Fondun Himayəçilər Şurasının
sədri Akramjon Fozilov, “1news.az” xəbər portalının baş redaktoru
Kəmalə Məmmədova və“O’zbekiston 24” Yaradıcı Birliyinin direktor
müavini, “O’zbekiston 24” teleradio kanalının baş prodüseri Xaydar
Xasanov spiker qismində çıxış edirlər.
Xəbər yenilənəcək