
Bakı. Trend:
Səngəçal terminalı “bp” üçün çox önəmlidir, çünki bütün neft və
qaz istehsalımız buradan müştərilərə ötürülür.
Trend xəbər verir ki, bunu “bp Azərbaycan”nın Əməliyyatlar üzrə
vitse-prezidenti Stüart Şou Bakı İqlim Fəaliyyəti Həftəsində
(BCAW2025) çıxışı zamanı bildirib.
O xatırladıb ki, bu obyekt artıq 30 ilə yaxındır fəaliyyət
göstərir. Stüart Şou eyd edib ki, “bp” Səngəçal terminalını
elektrikləşdirir.
“bp” rəsmisi həmçinin Azərbaycanın azad edilmiş ərazilərində
bərpa olunan enerji layihələri üzrə görülən işlərdən də
danışıb:
“Bu ərazilərdə günəş elektrik stansiyası tikirik və bunu
kommersiya müqaviləsi ilə “bp” yə “AzərEnerji” ASC vasitəsilə
elektrik enerjisi satıb almaq imkanına çeviririk. Bu yanaşma
əməliyyatları fərqli şəkildə inkişaf etdirməyin nümunəsidir və
gələcəkdə digər əməliyyatlarımızı da eyni şəkildə optimallaşdırmaq
üçün ilham verir. Tərəfdaşlıq və əməkdaşlıq əsasdır və müxtəlif
formalarda həyata keçirilir”.