Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti
Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib.

Trend xəbər verir ki, bu barədə Nazirlər
Kabineti məlumat yayıb.

Bildirilib ki, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası
üzvlərini salamlayıb.

Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını
Aleksandr Lukaşenkoya çatdırıb.

Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının
ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir