Cabirin ölüm xəbərini eşidəndən özümüzə gələ bilmirik – Vado Karovin

Baş səhifə

Bakı. Trend:

Bu gün çox ağır gündür.

Bunu Trend
açıqlamasında “Space” televiziyasının baş direktoru “Parni iz Baku”
KVN komandasının keçmiş üzvü Vado Karovin deyib.

O qeyd edib ki, Cabirin ölüm xəbərini eşidəndən özümüzə gələ
bilmirik.




“Dünəndən hamı kədər içindədir. Mən onun haqqında mənfi bir söz
eşitmədim. Cabir gözəl insan və sənətkar idi”, – deyə o qeyd
edib.

Qeyd edək ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)
Mədəniyyət Mərkəzində sevilən aktyor, “Bakılı oğlanlar” Şən və
Hazırcavablar Klubunun üzvü – XX əsrin çempionu, KVN Teatrı “Planet
Bakı oğlanları”nın aparıcı aktyoru, Əməkdar artist, Daxili İşlər
Nazirliyinin polkovniki Cabir İmanov dünən vəfat edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir