İctimai nəqliyyatda tətbiq olunacaq tarif dəyişikliyi avtobus parklarının yenilənməsinə səbəb olacaq – ŞƏRH

Baş səhifə

Bakı.Trend:

Oktyabrın 1-dən metro nəqliyyatında, müasir tələblərə cavab
verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət
göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və
şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin
tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir)
tariflər dəyişərək 60 qəpik müəyyən olunub.

İctimai nəqliyyatda tarif dəyişikliyi hansı yenilikləri
gözlənilən edir?

“Gedişhaqqının artırılması bütün ictimai nəqliyyatı əhatə
etməyəcək. Məsələn, eyni şirkətin 10 avtobusundan yalnız nağdsız
ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1
yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə
işləyən avtobuslara şamil ediləcək. Digərlərində qiymət əvvəlki ilə
eyni olacaq”.

Bu fikirləri Trend-ə açıqlamasında nətliyyat eksperti Elməddin
Muradlı bildirib.

Ekspert qeyd edib ki, artımın əsas məqsədi avtobus parklarının
yenilənməsidir.

Təxmini belə əsaslandırılır ki, bir nəfərin Azərbaycanda ictimai
nəqliyyatla daşınması 1 manatın üzərindədir. İctimai nəqliyyat
dövlət dotasiyaları ilə yanaşı, əlavə maliyyələrlə də inkişaf
etdirilməlidir. Düşünürəm ki, bu mərhələdəki 10 qəpiklik artım
nəqliyyat infrastrukturunun inkişafına müəyyən dərəcədə dəstək
olacaq.




E.Muradlı vurğulayıb ki, bundan öncəkli 10 qəpiklik artımda
ictimai nəqliyyat parklarında müəyyən dərəcədə yenilənmələr oldu,
sahibkarlar müəyyən qazanc əldə edib yeni avtobus ala bildilər:

“Oktyabrın 1-dən tətbiq olunacaq tarif dəyişikliyinin avtobus
parklarının yenilənməsinə səbəb olacağı qənaətindəyəm”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə qeyd edib ki, dünya
ölkələrində də qiymət artımı tez-tez baş verir və bunun dəyişkən
səbəbləri var:

Bu prosesi nizamlamaq üçün vətəndaşlar arasında güzəştli
qruplar, pulsuz keçidlər,bilet paketi təklif olunmalıdır.

Ekspert ictimai nəqliyyatda işə düşəcək “Brutto müqavilə”nin
əhəmiyyətindən də danışıb:

“Gələn il ictimai nəqliyyatda işə düşəcək “Brutto müqavilə” ilə
vaxt prinsipi tətbiq olunaraq vətəndaşlar pulsuz keçidlərdən
istifadəsi ilə xərclər nizamlana bilər. Məsələn, uzaq məsafədən
qatarla, avtobusla gələn vətəndaş metroya və ya əksinə keçid etdiyi
zaman pulsuz keçidlərlə xərclər minimumlaşa bilər”,-deyə əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir