
Bu il sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,7 bənd təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu, aylıq müqayisədə 0,9 bənd çox, ilin əvvəlinə nisbətən 6,5 bənd, ötən ilin avqustun 1-i ilə müqayisədə 1 bənd azdır.
Sentyabrın 1-nə manatın real effektiv məzənnəsi 114,7 bənd təşkil edib. Bu isə avqustun 1-nə olan göstərici ilə müqayisədə 0,9 bənd, ilin əvvəlinə nisbətən 10,4 bənd, ötən illin sentyabrın 1-i ilə müqayisədə isə 4,1 bənd azdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.