III MDB oyunlarında Azərbaycan 27 güləşçi ilə təmsil olunacaq

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 3-dən 7-dək III MDB Oyunlarında güləş yarışları
keçiriləcək.

Trend xəbər
verir ki, Gəncə Olimpiya İdman Kompleksində ayın 3-4-də sərbəst və
qadın güləşi üzrə, ayın 7-də isə yunan-Roma güləşi üzrə qaliblər
müəyyənləşəcək. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan,
Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan ümumilikdə 150
güləşçi mübarizə aparacaq. Ölkəmizi MDB Oyunlarında 27 güləşçi
təmsil edəcək.

Sərbəst güləşdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid
Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (45
kq), Rəvan Həsənzadə (48 kq), Hacıhüseyn Əhmədzadə (51 kq), İbrahim
Süleymanov (55 kq), Rəşid Nazarov (60 kq), Hüseyn İsmayılov (65
kq), Nihad Abasov (71 kq), Əli Hacıyev (80 kq), Amin Nəsibov (92
kq) və Hakim Tağıyev (110 kq) çıxış edəcək.




Qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, məşqçilər
Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Günel
Quliyeva (43 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49
kq), Xədicəxanım Talıbova (53 kq), Esra Məmmədli (57 kq), Fidan
Babayeva (61 kq) və Simurə Abdullayeva (65 kq) uğur qazanmağa
çalışacaq.

Yunan-Roma güləşində isə böyük məşqçi Taleh İsrafilov, məşqçilər
Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Ömər Salmanov (45
kq), Yusif Mirzəyev (48 kq), Elşad Abbasov (51 kq), Hikmət
Haqverdiyev (55 kq), Əli Nəzərov (60 kq), Nihat Tağıyev (65 kq),
İslam Sultanov (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Emil Abasov (92
kq) və Rauf Mütəllimov (110 kq) ölkəmizi təmsil edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir