Azərbaycan banklarının xarici aktivləri artıb

Baş səhifə

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 27 milyard 4,3 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb

bu, aylıq müqayisədə 1,9%, ilin əvvəli ilə müqayisədə 1,5 %, ötən il sentyabrın 1-nə nisbətən isə 6,4 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 20 milyard 762,6 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 2 % az, ilin əvvəli ilə müqayisədə 4,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 5,7 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 55 milyard 672,4 milyon manat olan 22 bank fəaliyyət göstərir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir