
Bakı. Trend:
2018-2025-ci illərdə 5 böyük sosial islahat paketi həyata
keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard
manat olmaqla 4 milyon nəfəri əhatə edib.
Trend xəbər
verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi
naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə,
minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb: “Eyni zamanda dosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5
dəfə artaraq 1,9 milyard manata çatıb.
Ünvanlı dövlət sosial yardımın orta məbləği 2,5 dəfə, yaşayış
minimumu 65%, ehtiyac meyarı isə 2,2 dəfə artırılıb”.
“Əlavə olaraq, əmək müqavilələrinin sayı 41% artaraq 1 milyon
851 minə çatıb və bu artımın böyük hissəsi özəl sektorun payına
düşüb”, – nazir vurğulayıb.