Özbəkistanın Prezident Administrasiyasının nümayəndəsi Azərbaycanla media əməkdaşlığının inkişafı üzrə planlar haqda danışıb (ÖZƏL)

Baş səhifə

Bakı.Trend:

Özbəkistan və Azərbaycan media sahəsində əməkdaşlığı
gücləndirir. Təcrübə mübadiləsi və birgə layihələr tərəfdaşlığın
əsas istiqamətinə çevrilir.

Bunu Özbəkistanın Prezident Administrasiyasının Kommunikasiya
Departamentinin sektor müdiri Dilşod Saidcanov II
Azərbaycan-Özbəkistan media forumu çərçivəsində Trend-ə deyib.

“Özbəkistan və Azərbaycanın dövlət başçıları münasibətlərimizin
təməlini qoyub və onları müttəfiqlik səviyyəsinə qaldırıblar. Biz –
informasiyaçıların, media tənzimləyicilərinin, jurnalistlərin,
KİV-lərin vəzifəsi bu təməli doldurmaq və onun üzərində öz
mərtəbələrimizi qurmaqdır”, – deyə Saidcanov bildirib.

O, Özbəkistan tərəfi ilə Azərbaycan Media İnkişafı Agentliyi
arasında razılaşdırılmış yol xəritələrinin əhəmiyyətini
vurğulayıb:

“Biz media forumlarının keçirilməsi ənənəsini qoyduq. Birinci
forum Daşkənddə uğurla baş tutdu. Aydın oldu ki, bizim
bir-birimizdən öyrənməli çox şeyimiz var. Azərbaycanın özünəməxsus,
çətin, amma çox faydalı və praktik təcrübəsi mövcuddur”.




Saidcanov əlavə edib ki, təcrübə mübadiləsi və praktiki
nümunələrin müzakirəsi media sahəsində normaların və qanunların
təkmilləşdirilməsinə kömək edir:

“Biz də öz təcrübəmizi bölüşürük. Özbəkistanda təxminən 2 400
media qurumu fəaliyyət göstərir və bu sahədə tənzimləmə, qarşılıqlı
əlaqə və informasiyanın çatdırılması, söz azadlığının və dövlət
qurumlarının açıqlığının təmin edilməsi bizim üçün çox
vacibdir”.

O, həmçinin yeni birgə təşəbbüslərin hazırlandığını
bildirib:

“Biz Media İnkişafı Agentliyinə Özbəkistan Prezident
Administrasiyası yanında Milli Kontent İstehsalı Mərkəzi ilə
memorandum imzalamağı təklif etdik. Memorandum çərçivəsində media
forumlarının davam etdirilməsi, mətbuat katibləri üçün təlimlərin
təşkili və media turların keçirilməsi nəzərdə tutulur ki, bu da
özbək auditoriyasının Azərbaycanın tarixi, mədəniyyəti və turizm
məkanları ilə daha yaxından tanış olmasına imkan verəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir