Yeni informasiya təhdidləri birgə addımların atılmasını tələb edir – Özbəkistan media assosasiyası

Baş səhifə

Bakı. Trend:

Dünya bizim onu dərk etməyimizdən daha sürətlə dəyişir və yeni
imkanlarla yanaşı yeni təhdidlər də meydana çıxır.

Trend xəbər verir
ki, bunu “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II
Azərbaycan-Özbəkistan media forumu çərçivəsində Özbəkistan Milli
Media Assosiasiyasının baş direktoru Abduaziz Abutolipov deyib.

“Bu gün təhlükəsizlik təkcə sərhədlər və ordu demək deyil.
Əvvəlcə təhlükəsizlik – bu, informasiya təhlükəsizliyidir. Məhz o,
dövlətin dayanıqlığını, cəmiyyətin qorunmasını və insan azadlığını
müəyyən edir”, – o bildirib.




Abutolipov vurğulayıb ki, saxta xəbərlər mediaya və dövlət
institutlarına etimadı sarsıdır: “Biz bəşəriyyətin əvvəllər
tanımadığı çağırışların olduğu bir dövrdə yaşayırıq. Kibertəhdidlər
təkcə ayrı-ayrı insanlara deyil, bütöv ölkələrə də zərər yetirir.
Sosial şəbəkələrdə manipulyasiyalar milyonların fikirlərini
formalaşdırır. Vahid qaydaların olmaması isə cəmiyyəti həssas
vəziyyətə salır”.

“Məhz buna görə də informasiya təhlükəsizliyi barədə söhbət
təkcə texnologiyalardan ibarət deyil. Bu, mədəniyyət, dəyərlər və
gələcək barədə söhbətdir. Biz etimad dünyasında, yoxsa illüziyalar
dünyasında yaşayacağıq? Biz anlayırıq ki, heç bir jurnalist
təkbaşına dezinformasiya axınını dayandıra bilməz, heç bir
redaksiya cəmiyyəti qoruya bilməz, heç bir dövlət sərhəd tanımayan
təhdidlə tək mübarizə apara bilməz. Amma birlikdə – biz
bacaracağıq”,- o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir