Braziliya iqlim prosesində danışıqlardan praktiki həllərə keçmək niyyətindədir – Səfir

Baş səhifə

Bakı. Trend:

Braziliya iqlim prosesini danışıqlar formatından konkret
fəaliyyət formatına çevirmək niyyətindədir və burada həmrəyliyə,
innovativ idarəetməyə və ənənəvi təcrübələrin inteqrasiyasına
xüsusi diqqət yetiriləcək.

Trend-in xəbərinə
görə, bunu Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Manuel Monteneqro Bakıda keçirilən İqlim Fəaliyyəti
Həftəsində çıxışı zamanı bildirib.




“Braziliya COP30-da əməkdaşlıq mühitini təşviq edəcək,
çoxtərəfliliyin möhkəmləndirilməsinin vacibliyini və iqlim
fəaliyyətlərinin insanların həyatı ilə əlaqəsini vurğulayacaq”, –
deyə səfir bildirib.

Onun sözlərinə görə, əsas vəzifələr Paris sazişinin icrasının
sürətləndirilməsi, iqlim dəyişikliyinin nəticələrinin
yumşaldılması, adaptasiya və maliyyələşdirmə sahələrində
fəaliyyətlərin gücləndirilməsi olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir