Şeyxülislam Allahşükür Paşazadə ABŞ-yə gedir

Baş səhifə

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfərə yola
düşür.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat
verilib.

Bildirilib ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin
icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər
proqramına uyğun olaraq QMİ sədri A. Paşazadə ştat rəhbərliyi ilə
görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.




ABŞ-a səfəri çərçivəsində Şeyxülislam A.Paşazadənin Vaşinqtonda
dinlər bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə
görüşləri nəzərdə tutulur.

QMİ sədrinin Nyu-Yorkda BMT rəsmiləri, “Dinlər Sülh uğrunda”
Təşkilatı və “Vicdana çağırış” Fondunun rəhbərləri və b. ilə
görüşləri planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir