SOCAR metan emissiyalarının monitorinqi üçün rəqəmsal texnologiyalar tətbiq edir

Baş səhifə

Bakı. Trend:

SOCAR monitorinqin səmərəliliyini artırmaq və metan
emissiyalarını azaltmaq üçün müasir rəqəmsal həllərdən və
beynəlxalq tərəfdaşlıqdan aktiv şəkildə istifadə edir.

Trend xəbər verir
ki, bunu SOCAR vitse-prezidenti Hikmət Abdullayev Bakı İqlim
Fəaliyyəti Həftəsində deyib.




Onun sözlərinə görə, şirkət BCGX ilə birlikdə “Methane AI” tool
adlı ixtisaslaşdırılmış platforma hazırlayıb. Bu platforma
infrastruktur və əməliyyat məlumatlarını, ölçmələrin nəticələrini
birləşdirir və böyük həcmli informasiyanın kompleks təhlilini təmin
edir. Nəticədə hesabatlılığın keyfiyyəti yüksəlib, texniki xidmət
optimallaşdırılıb və SOCAR ötən il üzv olduğu OGP də daxil olmaqla
beynəlxalq təşkilatların tələblərinə cavab verib.

H.Abdullayev qeyd edib ki, OGCI proqramı çərçivəsində “GHGSat”
ilə əməkdaşlıq artıq konkret nəticələr verib: peyk məlumatları
sayəsində emissiya mənbələri müəyyən edilib, yerindəcə operativ
şəkildə aradan qaldırılıb, bu isə qazın sistemə qaytarılmasına və
məhsul kimi realizəsinə imkan yaradıb. Beləliklə, şirkətin ekoloji
təşəbbüsləri eyni zamanda nəzərəçarpan iqtisadi fayda da
gətirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir