
Bakı. Trend:
Hər bir biznes üçün qlobal bazarlara çıxmaq və beynəlxalq
tərəfdaşlarla işləmək vacibdir. Bu yolda maliyyə əməliyyatlarının
rahatlığı və xərclərin azaldılması sahibkarların uğurunda əsas rol
oynayır.
Yelo Bank məhz bu ehtiyacları nəzərə alaraq biznes müştəriləri
üçün xarici köçürmələr üzrə xüsusi kampaniyasını davam etdirir.
Kampaniya çərçivəsində yeni müştərilər beynəlxalq ödənişlərini daha
sadə, şəffaf və sərfəli şərtlərlə həyata keçirə bilirlər.
Kampaniyanın əsas üstünlükləri:
✔️ Bütün xarici köçürmələr – yalnız 14.99 USD/EUR komissiya
ilə
✔️ Konvertasiya əməliyyatlarında əlavə komissiyanın olmaması
✔️ Hesabların pulsuz açılması və rahat idarə olunması
✔️ Sabit tarif məbləğindən asılı olmayaraq bütün köçürmələrə
şamildir
Məqsəd yalnız sərfəli tariflər təqdim etmək deyil, həm də
bizneslərin dayanıqlı inkişafına dəstək olmaqdır. Kampaniya cari
ilin sonunadək qüvvədədir və bu müddət ərzində yeni biznes
müştəriləri Yelo Bank-ın təqdim etdiyi sabit və şəffaf şərtlərdən
faydalana bilərlər.
Bank xidmətləri, o cümlədən online
biznes krediti ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? O
zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!