Energetika Nazirliyində “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı iclas keçirilib

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi
inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış
“Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun III iclası
keçirilib.

Trend xəbər
verir ki, energetika naziri Pərviz Şahbazovun rəhbərliyi və
aidiyyəti qurumların iştirakı ilə keçirilmiş iclasda Strategiya
layihəsinin “yaşıl enerji məkanı” məqsədi üzrə hazırlanmış
“Tədbirlər Planı” müzakirə edilib.

“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” milli prioritetinə
uyğun olaraq müəyyənləşdirilmiş 7 istiqamət üzrə 46 tədbir
təklifləri və həmçinin enerji sektorunun inkişafı üzrə hədəf
indikatorları barədə məlumatlar verilib.




Bu tədbirlərin icra perspektivləri və maliyyələşmə imkanları
nəzərdən keçirilib.

“Tədbirlər Planı”nın müzakirəsinin davam etdirilməsi, maliyyə
tələbatının əsaslandırılması və ekspertizası ilə bağlı işlərin
tezliklə başa çatdırılması və yekun variantın Alt İşçi qrupunun
oktyabr ayında keçiriləcək növbəti iclasına qədər təqdim olunması
qərara alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir