Beynəlxalq əməkdaşlıq və təcrübə paylaşımı real dəyər yaradır – bp

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq əməkdaşlıq və təcrübə paylaşımı real dəyər
yaradır.

Trend xəbər
verir ki, bunu bp-nin metan proqramı üzrə meneceri Sonna
Sathiamorti Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı
zamanı bildirib.

O qeyd edib ki, bp “Oil and Gas Climate Initiative” (OGCI) və
OGC-nin üzvüdür, lakin qərarlarını birbaşa bu qurumlara bağlı
olaraq vermir: “Şirkət əsas qərarlarını dəyəri nəzərə alaraq verir
və müxtəlif təşəbbüsləri üç istiqamətdə qiymətləndirir.

Birincisi, bp-nin əməliyyatlarına qoşulmaq və həmkar şirkətlər,
yaxud beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdən gələn faydadır.
OGCI-də 10–11 ildir ki, benchmarking və təcrübə paylaşımı
aparılır”.




bp nümayəndəsi bildirib ki, ikincisi, şirkətin qeyri-işlədiyi
ortaq müəssisələrdə performansı artırmağa kömək edə biləcək
təşəbbüslərlə bağlıdır: “Bu sahədə OMP kimi təşəbbüslər əhəmiyyətli
rol oynayır və tərəfdaşlarla əməkdaşlıq üçün faydalıdır.

Üçüncüsü, bp metan sahəsində uzun müddətli təcrübəyə malik
şirkət olaraq, yolun əvvəlində olan digər şirkətlərə və milli neft
şirkətlərinə dəstək verə bilər. Bu məqsədlə Dünya Bankı və digər
beynəlxalq təşəbbüslərlə layihələr həyata keçirilir”.

Sonna Sathiamorti vurğulayıb ki, bp bu təşəbbüslərin bir çoxuna
qoşulub və əməkdaşlıqdan real dəyər əldə edir: “Keçən il Beynəlxalq
Enerji Agentliyi, Beynəlxalq Qaz İttifaqı, ITP, BMT və Dünya Bankı
şirkətin təşəbbüslərini dəstəkləmək üçün tədbirlərdə iştirak
ediblər”.

bp nümayəndəsi bildirib ki, fərqli baxışlar ola bilər, lakin BMT
və Dünya Bankına dünya etibar edir və tərəfdaşlıqla işləməklə ən
çox dəyər yaradıla bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir