Azərbaycan HDQ nümayəndə heyəti “SEAFUTURE 2025” beynəlxalq sərgisində iştirak edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı
1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə
heyəti İtaliya HDQ komandanı admiral Enriko Kredendinonun dəvəti
ilə “SEAFUTURE 2025” 9-cu beynəlxalq sərgidə iştirak etmək üçün
İtaliyada rəsmi səfərdədir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəniz təhlükəsizliyi, regional əməkdaşlıq və
hərbi dəniz qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin
genişləndirilməsi məqsədilə keçirilən sərgidə dünyanın müxtəlif
ölkələrinin nümayəndələri, hərbi sənaye komplekslərinin
təmsilçiləri və müdafiə sahəsində fəaliyyət göstərən beynəlxalq
təşkilatlar iştirak edir.

Sərgi çərçivəsində Azərbaycan HDQ komandanı italiyalı həmkarı
ilə görüşərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında
geniş fikir mübadiləsi aparıb.

Azərbaycan nümayəndə heyəti “SEAFUTURE 2025” beynəlxalq
sərgisində təqdim olunan müasir dəniz texnologiyaları, innovativ
hərbi dəniz həlləri və digər müdafiə məhsulları ilə tanış olub.

Azərbaycan HDQ-nin bu səviyyədə beynəlxalq tədbirlərdə iştirakı
ölkəmizin regionda və beynəlxalq aləmdə təhlükəsizlik sahəsində
artan rolunun bariz nümunəsi, eləcə də dəniz qüvvələrinin
peşəkarlığının və hərbi texniki potensialının yüksəldilməsi
istiqamətində atılan addımların tərkib hissəsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir