Media əməkdaşlığı Azərbaycanla Özbəkistan arasında əlaqələri möhkəmləndirir – Milli Media Asssoasiyasının baş direktoru (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Özbəkistan media sahəsində əməkdaşlığı fəal
şəkildə inkişaf etdirməlidirlər, çünki bu yalnız sahənin özünə
deyil, həm də siyasətə, iqtisadiyyata, mədəniyyətə və digər
əməkdaşlıq istiqamətlərinə birbaşa təsir göstərir.

Bunu Trend
Özbəkistanın Milli Media Assosasiyasının baş direktoru Abduaziz
Abutolipov “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən
II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində verdiyi
müsahibədə deyib.

“Bu gün media məkanı yalnız texnologiya deyil, eyni zamanda
cəmiyyətin gələcək inkişafının meyarıdır . Biz bilirik ki, dünya
saxta xəbərlər, kiberhücumlar və dezinformasiya ilə üzləşir. Heç
bir dövlət bu sərhədsiz təhdidlərə təkbaşına sinə gələ bilməz. Ona
görə də bu günün açar sözü – tərəfdaşlıqdır”, -deyə o bildirib.




Abutolipovun sözlərinə görə, Özbəkistan Milli Media
Assosiasiyası Azərbaycan KİV-ləri ilə əməkdaşlığı gücləndirməyi
planlaşdırır.

“Forum çərçivəsində əməkdaşlıq sənədlərinin imzalanmasını
gözləyirik və Azərbaycanlı həmkarlarla birlikdə işləməyə hazırıq.
Bu, gələcəkdə dayanıqlı inkişaf üçün əsas yaradacaq”, – deyə
Abutolipov qeyd edib.

Assosiasiya rəhbəri bildirib ki, öncəlik radio stansiyaları ilə
qarşılıqlı əlaqəyə aiddir: “Assosiasiyaya 19 radio kanal daxildir
və onlardan doqquzunda vahid informasiya proqramı yayımlanır. Biz
ora Azərbaycan xəbərlərini də əlavə etmək istəyirik. Bu, Özbəkistan
vətəndaşlarının Azərbaycana dair məlumatı birbaşa əldə etməsinə
imkan verəcək. Belə bir addım yalnız dövlət əlaqələrini deyil, həm
də xalq diplomatiyasını gücləndirəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir