Bakı metropoliteni gücləndirilmiş rejimdə çalışacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”
Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş
rejimində dəyişikliklər ediləcək.

Bu barədə Trend “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir.

Bildirilib ki, Oktyabrın 1-də “Gənclik” stansiyasının
yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi
tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq,
gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq,
sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra
tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri
artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli
tərtib ediləcək.




Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da
həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət
yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə
saxlanılacaq.

Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün
stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun
hərəkət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir