Pit Heqset: ABŞ sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır

Baş səhifə

ABŞ sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri bu gün ordu generalları və admirallarının iştirakı ilə keçirilən görüşdə çıxışında bildirib.

Nazir görüş iştirakçılarını salamlayaraq “Müharibə Nazirliyinə xoş gəlmisiniz, çünki Müdafiə Nazirliyinin dövrü başa çatdı” deyib.

Pentaqonun rəhbəri bu andan etibarən yenicə bərpa olunmuş müharibə nazirliyinin yeganə missiyasının döyüş əməliyyatları aparmaq olduğunu bildirib.

O, həmçinin vəd edib ki, əgər düşmənlər ABŞ-a meydan oxumağa qərar versələr, onlara «sarsıdıcı zərbə» endiriləcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir