“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!

Baş səhifə

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2020-ci
il 44 günlük Vətən müharibəsində qazanılan zəfərin 5 illik yubileyi
münasibətilə hər bir vətəndaşı “YAŞAT” Fonduna dəstək göstərməyə
dəvət edir.

“Zəfər təkcə qazanılmır, həm də qorunur. Qəlbən bizi yaşadanları
YAŞAT” şüarı ilə çıxış edən “PAŞA Bank” bu çağırışı “YAŞAT” Fondu
ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirir.




“Bank olaraq inanırıq ki, kiçik bir ianə belə böyük minnətdarlıq
və dəstək deməkdir. “YAŞAT” Fondu vasitəsilə göstərilən hər bir
dəstək qəhrəmanlarımızın ailələrinə yardım və ehtiram deməkdir.
Bank hər zaman vətəndaşlarımızı vətənimizin gələcəyini qoruyan
təşəbbüslərə qoşulmağa çağırır. Bu zəfəri bizə yaşadan qəhrəmanları
yaşatmaq hər birimizin borcudur,” – deyə, “PAŞA Bank”ın Marketinq
direktoru Zara İbrahimzadə bildirib.

Qeyd edək ki, “PAŞA Bank”ın mobil tətbiqlərində “YAŞAT” Fonduna
ianə üçün birbaşa keçidlər olacaq, bu isə vətəndaşlara ödənişi daha
rahat etməyə imkan verəcək. Bankın çağırışına dəstək olmaq istəyən
hər kəs linkə
keçid edərək, “YAŞAT” Fonduna ianə edə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir