
Bakı. Trend:
ABŞ kosmik agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün
əlverişli kənd salmaq niyyətindədir.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu barədə agentliyin rəhbəri vəzifəsini icra edən
Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində
bildirib.
O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya
deyil, insanların olduğu bütöv bir kənd yaratmaq istəyir.
2026-cı ilin fevralında NASA “Artemida-II” missiyasını işə
salmağı və 50 ildən sonra Aya ilk səfərə dörd astronavtı göndərməyi
planlaşdırır.