
Qazaxıstanda keçirilən Nəqliyyat Həftəsi çərçivəsində Almatı şəhərində Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Yaxın Şərqdən olan nəqliyyat nazirləri və yüksək vəzifəli nümayəndələrin iştirakı ilə dəyirmi masa keçirilib.
APA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastrukur naziri Abdulkadir Uraloğlu “X” hesabında bildirib.
Məlumata görə, tədbirdə Azərbaycan, Özbəkistan, Belarus, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Türkmənistan, Pakistan, Əfqanıstan və Gürcüstandan olan nümayəndə heyətləri iştirak edib. Görüşdə nəqliyyat tərəfdaşlığının gücləndirilməsi, beynəlxalq dəhlizlərin genişləndirilməsi, rəqəmsallaşma və dayanıqlı logistika məsələləri müzakirə olunub.
Dəyirmi masa dövlət qurumları, biznes nümayəndələri və beynəlxalq təşkilatları bir araya gətirən “New Silk Way” biznes forumunun bir hissəsi olub.