
Bakı. Trend:
İspaniyanın Sevilya şəhərinin La Alqaba rayonunda yerləşən
qocalar evində qrip və COVID-19 epidemiyası baş qaldırıb.
Trend ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Əndəlüs Səhiyyə və
İstehlakçıların İşləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, kəskin respirator infeksiyası epidemiyasına 22
yoluxma halı qeydə alınıb.
Qeyd edilir ki, 6 nəfər xəstəxanaya yerləşdirilib, 2-si artıq
evə buraxılıb, 1-nin müalicəsi davam edir.
Üç nəfər və xəstəxanaya yerləşdirilməyən daha bir nəfər isə
həyatını itirib.

