BDYPİ-dən küləkli hava ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

Baş səhifə

Bakı. Trend:

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı
hərəkət iştirakçılarına müraciət edib.

Trend xəbər verir ki,
müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-dək Bakıda və
Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə gözlənilən küləkli
hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.




Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar
yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması
üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən
ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi
xahiş edir”.

“Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu
kimi təhlükə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq,
park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Xüsusilə, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin
sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava
şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı,
daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər”, –
qurumdan əlavə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir