Bu ölkədə mobil telefonlar və internet işləmir

Baş səhifə

Bakı. Trend:

Əfqanıstanda yerli sakinlərin və monitorinq xidmətlərinin
məlumatına görə, çərşənbə axşamı bu ölkədə internet və mobil
telefon xidməti kəsilib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, Taliban hökuməti bundan əvvəl ədəbsiz videolarla
bağlı narahatlığını ifadə edib. Son həftələr isə hakimiyyət “mənəvi
narahatlıqları” əsas gətirərək bəzi əyalətlərə fiber-optik xətləri
kəsib.

Əhalini xidmətin kəsilməsi ilə bağlı xəbərdar edən özəl
telekanal “Tolo News” səlahiyyətlilərin 3G və 4G mobil telefon
xidmətlərini bağlamaq üçün bir həftəlik son tarix təyin etdiyini və
yalnız köhnə 2G standartının aktiv qaldığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir